!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onun üçün xəcalət hissi yoxdur” - Xatun kimə söz atdı?

!Reklam – Yazi

“Dəlilər öz məqsədlərinə ağıllılardan daha tez çatırlar. Çünki onlar üçün heç bir mənəvi qadağa, xəcalət, ədalət, hətta qorxu hissi belə yoxdur”.

Yenicag.az xəbər verir ki, müğənni Xatun qalmaqallı açıqlaması ilə şou aləmini silkələyib.

Sənətçi ad çəkmədən sözünü desə də, bəziləri hesab edir ki, o bu fikirləri küsülü olduğu həmkarı Səidə Sultan barədə söyləyib.

Qeyd edək ki, Xatunun sosial şəbəkə hesabındakı paylaşımından bir gün öncə müğənni Səidə Sultan onun barəsində xoşagəlməz açıqlama verib.

Səidə Xatunun mərhum qardaşı stilist Balaşın yas mərasiminə getməməsinə görə tərəflər arasında qarşıdurma yaşandığını deyib:

“Mənə çatmır bu məsələlər: kimsə gəlib başsağlığı vermədi, küsüm. Allah Balaşa rəhmət eləsin. O elə vaxt rəhmətə getdi ki, pandemiyanın çətin dövrü idi. Küçəyə çıxmağa imkan vermirdilər. Hətta köməkçisinə zəng etdim ki, gəlim. Onu bir yerdə gördüm, istədim, yaxınlaşım görüşüm. Məni elə pis formada itələdi ki… Mən əlbəyaxa çıxmağı sevmirəm, o cür adamlara normal baxmıram. Adam sözlə sözünü deyər. Bu qız mənə qarşı qıcıq olub. Yasa getməməyim isə ona mənə əl atmağa imkan verdi. Ona necə lazımdır, cavab verərəm, amma elə adamlarla söhbət etmək istəmirəm”.

Nehru

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv