!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC avqust hasilatını AÇIQLADI: Gündəlik 113 min barel artım

!Reklam – Yazi

Gələn il qlobal neft tələbatı cari illə müqayisədə sutkada 2,2 milyon barel artaraq təxminən 104,3 milyon barel olacaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki OPEC avqust ayında neft hasilatını əvvəlki ayla müqayisədə gündəlik 113 min barrel artırıb. Bununla da 27 milyon 450 min barel neft hasil edilib.

OPEC-in aylıq neft bazarı hesabatına əsasən, hasilatın ən böyük artımı İran, Nigeriya və İraqda müşahidə olunub. Belə ki, gündəlik neft hasilatı İranda 143 min barel, Nigeriyada 98 min barel, İraqda isə 38 min barel artıb.

Ümumilikdə avqustda OPEC-in neft hasilatının qlobal hasilatdakı payı 27,2%-ə yüksəlib.

Qeyd edək ki, ötən ay dünya neft hasilatı iyul ayı ilə müqayisədə dəyişməyib. Müvafiq olaraq, avqust ayında dünya üzrə neft təklifi təxminən 100 milyon 700 min barel təşkil etdi. Eyni dövrdə OPEC-ə daxil olmayan ölkələrdən hasilat sutkada 100 min barel azalaraq 73 milyon 300 min barel təşkil edib.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv