!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC Ermənistana kredit ayırdı

!Reklam – Yazi

OPEC Beynəlxalq İnkişaf Fondu yaşıl iqtisadiyyatın inkişafı üçün Ermənistana 50 milyon avro kredit verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, qərar layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında müzakirəsiz təsdiq edilib.

“Proqramın məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılmasına, ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsinə və enerji səmərəliliyinin artırılmasına kömək etməklə Ermənistanda yaşıl, inklüziv inkişafı stimullaşdırmaqdır”, – layihənin mətnində bildirilib.

Qeyd olunub ki, kreditin faiz dərəcəsi üzən məzənnə ilə hesablanıb. Ödəmə müddəti 20 ildir, onun 5 ili güzəştlidir. Kreditlərin ödənilməsi 2028-ci ildə başlayacaq və 2042-ci ilə qədər davam edəcək. Layihə Dünya Bankı ilə birgə həyata keçirilir.

Fondla Ermənistan arasında saziş 2023-cü ilin oktyabrında imzalanıb.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv