!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC-in tədarükü azaltması NARAHATLIQ YARATDI

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı və Rusiyanın cari neft hasilatında azaltmanı davam etdirməsi qərarı avqustda gözlənilən effekti verməsə də, ekspertlər investorların qiymətlərlə bağlı narahatlıqlarını bildirirlər.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı iyulda könüllü olaraq həyata keçirdiyi gündəlik neft hasilatının 1 milyon barel azaltma qərarını avqustun sonunadək uzatdığını açıqlayıb.

Bu açıqlamadan sonra Rusiya gündəlik neft tədarükünü 500 min barel, Əlcəzair isə 20 min barrel azaldacağını qeyd edib.

Qeyd edək ki, OPEC və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu ötən ilin oktyabr ayında hasilatı gündəlik 2 milyon barel azaldacaqlarını bildirmişdi. Əlavə olaraq isə, maydan başlayaraq təqribən 1,6 milyon barel azaltma həyata keçirilir.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv