!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC ölkələrinin neft QƏRARI: "Daha az hasilatla daha yüksək gəlir əldə olunması..." - ŞƏRH

!Reklam – Yazi

“Razılaşma könüllü olduğu müddətcə kifayət qədər təsiri görülməyəcək”.

Bu fikirləri OPEC+ ölkələrinin hasilatı azaltma qərarını şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, bu qərar neft hasil edən ölkələrə, həmçinin Azərbaycana da müsbət təsir edə bilər.

“Neft qiymətlərinin artırılması üçün pandemiya dövründən başlayaraq OPEC+ ölkələri toplantılar keçirərək neft hasilatında icbari formada ciddi məhdudiyyətlər tətbiq edirdilər ki, bu, neft bazarına öz təsirini göstərirdi. Bu dövrdə Rusiya tez-tez bu razılaşmadan çıxırdı. Razılaşma könüllü olduğu müddətcə kifayət qədər təsiri görülməyəcək. Çünki ölkələr daha çox neft hasil edərək gəlir əldə etməyə çalışacaqlar. Belə olduğu təqdirdə, dəqiq hasilat həcmləri üzərində imzalı razılaşma həyata keçirilməsə, bu proses gözlənilən effekti verməyəcək. Ancaq imzalı razılıq əldə edilərsə, təbii ki, neft qiymətlərinə müsbət təsir göstərə bilər. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu proses neft ixracı edən ölkələrə, o cümlədən Azərbaycana sərf edəcəkdir. Çünki daha az hasilatla daha yüksək gəlir əldə olunmasına xidmət edir. Ümumilikdə, bu cür razılaşma bir növ bazarda süni qıtlıq yaradaraq tələb və təklifdən kənara çıxmaq deməkdir. Bu baxımdan, bu tərz yanaşma, əslində, doğru görünməyə bilər”.

Qeyd edək ki, doqquz OPEC+ ölkəsi hasilata əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sutkada 500 min barel, İraq – 211 min barel, BƏƏ – 144 min barel, Küveyt – 128 min barel, Qazaxıstan – 78 min barel, Əlcəzair – 48 min barel, Qabon – 8000, Oman – 40 min barrel azaldacaq. Rusiya isə hasilatı iyunun sonuna qədər qüvvədə olan gündəlik 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadıb.

Yusif Səmədzadə

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv