!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC+ sammitindən sonra neft kəskin bahalaşdı

!Reklam – Yazi

Asiyadakı satışlarda əsas neft markalarının qiyməti kəskin artır.

Yenicag.az xəbər verir ki, bu, OPEC+ tərəfindən İrandan azalan neft ixracını əvəzləmək üçün hasilatın artırılmasına dair hər hansı işarənin gəlməməsinə bazarın cavabıdır. Belə ki, bu gün səhər Londonun İCE Futures birjasında bir barel “Brent” markalı neftin fyuçers qimyəti 1,01 dollar (1,28 faiz) bahalaşaraq 79,81 dollara çatıb. Həmçinin Nyu-York Əmtəə Birjasında keçirilən elektron hərrac zamanı WTI markalı neftin müqailə qiyməti 0,83 dollar (1,19 faiz) artaraq 71,61 dollara çatıb.

Sentyabrın 21-də keçirilən əvvəlki hərraclarda sözügedən markalar müvafiq olaraq 0,13 və 0,65 faiz bahalaşmışdı.

Qeyd edək ki, ötən həftə ərzində “Brent” 2,2 faiz, WTI isə 2,6 faiz bahalaşaraq bu il iyulun 13-dən etibarən maksimum səviyyəyə çatıb./Report/

www.yenicag.az

3294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv