OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını artırdı

2018-ci ildə Azərbaycanda orta neft hasilatı sutkada 0,79 milyon barrel təşkil edəcək.

Yenicag.az-ın məlumatına görə, bu barədə OPEK-in aylıq hesabatında qeyd olunub.

Hesabatda bildirilir: “2018-ci ildə gözələnilir ki, ölkədə neft istehsalı həcmi sutkada 0,01 milyon barrel azalaraq 0,79 milyon barrel təşkil edəcək”.

Qeyd edək ki, OPEK-in iyun hesabatında Azərbaycanda 2018-ci il üzrə neft hasilatı sutkada 0,78 milyon barrel proqnozlaşdırılmışdı.

OPEK-in proqnozlarına görə, 2019-cu ildə isə Azərbaycanda neft hasilatı sutkada 0,02 milyon barrel azalmaqla 0,77 milyon barrel təşkil edəcək.

Bildirilir ki, mayda Azərbaycanda xam neft hasilatı sutkada 15 min barel artaraq 0,73 milyon barel təşkil edib. Qeyd olunur ki, bu, “Azəri-Çıraq-Günəşli” blokundakı “Mərkəzi Azəri” və “Şərqli Azəri” platformalarından hasilat hesabına mümkün olub.

Ötən ay Azərbaycanda sutkalıq neft hasilatı 792 min barrel təşkil edib ki, bunun da 739 min barreli neftin payına, 53 min barreli isə kondensatın payına düşüb.

COP29