!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Operativ Qərargah məlumat yaydı

!Reklam – Yazi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 538 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 442 nəfərdir.

Ölkədə son sutka ərzində 2 141, hazırkı dövrədək isə 7 286 811 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 788 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 159, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 902 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 683, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 045, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 447 nəfər təşkil edir.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv