!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Operativ Qərargahın SON BRİFİNQİ: “Boş və mənasız açıqlamalar heç kimə lazım deyil” - Lalə Mehralı

!Reklam – Yazi

“Bayram günlərində ictimai nəqliyyatın bir həftə işləməməsi günəmuzd çalışan insanlar üçün çətinlik yaradacaq”.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində toxunulan məsələləri dəyərləndirən Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Lalə Mehralıya görə, Operativ Qərargahın bu gün keçirilən brifinqini ciddi qəbul etmək olmur

“Brifinq, əsasən, hesabat xarakterli idi və köhnə qadağalar yenə qüvvədə qaldı. Hər hansı yumşalmadan söhbət belə getmədi. Sevindirici hal o idi ki, yeni qadağalar tətbiq olunmadı.

Lakin bu ayın sonunda keçiriləcək brifinqdə qadağaların tətbiq olunacağı gözlənilir. Ümumilikdə bugünkü brifinqdə sadəcə, yola vermək məcburiyyəti hiss olunurdu. Yəni brifinq olması ilə bağlı öhdəlik götürülüb və həyata keçirilib.

Əgər vəziyyət təhlükəli deyilsə, insanları incitməklərinin səbəbi anlaşılmır. Brifinqdə ictimaiyyəti maraqlandıran və narahat edən mövzulara toxunmaq lazım idi. Boş və mənasız açıqlamalar heç kimə lazım deyil”.

Gülşən Şərif

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv