Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Operativ Qərargahın yanlışları və ya təhsilimizin onlayn “tikilməsi” - “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon, X Buraxılış / VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda onuncu buraxışı ilə görüşünüzə gəlib.

Mətbuatımızın qatillərindən olan Vüqar Səfərlinin həbsi, Elman Rüstəmovun yarım milyardlıq yeni binası, ölkədə artan rusofil təhlükəsi, TƏBİB ilə Operativ Qərargahın yalnış qərarları və həftənin digər müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Video link:

Buraxılışın mətni:

Danışılacaq o qədər mövzu var ki…

Əslində danışılacaq çox mövzu var. Bir neçə ay öncəsinə qədər xəyal belə edə bilmədiyimiz torpaqlarımızda dalğalanan üç rəngli bayrağımızdan, mətbuatımızın qatillərindən olan Vüqar Səfərlinin sonunda layiq olduğu yerə göndərilməsindən, dünyaya demokratiya dərsi keçən ABŞ-ın özünün bu dərsdən sinifdə qalmasından, habelə dünyanın vaksinlənməyə başlamasından danışmaq olar.

***

Bayram müəllimi əsəbləşdirən (nan)korlar…

Bu arada Şuşa azad olunandan bəri axtarılan Bayram müəllim onu görə bilməyənlərin kor olduğunu bildirib. Məncə, kor sözü əksikdi. Bayram müəllimi qınayanlar həm də nankordular. Onun bir dövlət məmuru olaraq, Şuşa dərdindən Bakının hər tərəfində obyekt tikdirdiyini görmürlər. Nankorlar…

***

Ölü doğulan rusofil partiyalar…

Rusun içimizdəki nüfuz agentlərinin hər keçən gün buynuzlarını bir qədər də samanlıqdan çıxartmaları, ölü doğulan, fəqət indi yenidən dirildilməyə çalışılan partiyalar arasında rusofillərin daha çox cəh-cəh vurması da ciddi müzakirə mövzusudur.

***

Elman Rüstəmovun yarım milyardlıq “oyuncağ”ı…

Elə Elman Rüstəmovun qalib ölkənin Mərkəzi Bankının azı yarım milyardlıq olması barədə düşüncələri də son həftənin əsas gündəm mövzularından biridir. Və məsələ burasındadır ki, Elman Rüstəmovun da daxil olduğu məmur zümrəsi xalqdan o qədər uzaqdırlar ki, bir tərəfdən Tarif Şurası iqtisadiyyatı bəhanə edib, kasıbların cibinə girir, bir tərəfdən də adı ancaq devalvasiyalarla gündəmə gələn Mərkəzi Banka yarım milyardlıq yeni inzibati bina tikilir. Anadolu türkləri demişkən, bu nə turşu, bu nə lahana…

***

Əlbir olub bir OQ ilə bir TƏBİB…

Gözümüz aydın. Xüsusiləşdirilmiş sərt karantin nisbətən yumşaldıldı. Daha kişilər Tarzan ya da Məcnun kimi gəzməyəcək. Xanımlar isə karantin zamanı belə bərbərsiz qalmadıqlarından, bu onların əksəriyyəti üçün problem deyildi.

Fəqət mənim üzərində dayanmaq istədiyim başqa məsələdir.

Operativ Qərargah ya da onun başbiləni olan TƏBİB verdiyi qərarların nəticələrini nəzərdən keçirirmi?

Hər gün onlarla insan avtobus dayanacaqlarında, ya da elə avtobusların içərisində istəsələr belə heç bir sosial məsafə qaydalarına əməl edə bilmirlər. Maksimum maska taxa bilirlər.

İnsanların bu şəkildə getməsinə göz yumub, təyyarələrdə olduğu kimi havası müntəzəm təmizlənən metroların ağzı qıfıllı qalıb.

Və metronu açmayıb, SMS icazəni götürməklə, yenə Ramin Bayramlı kimilərin cibinə xidmət edirsən, Operativ Qərargah! Necə? SMS icazə götürüldüyü üçün yenə insanlar həbsxanadan çıxmış kimi küçələrə axacaq, metro olmadığından, BakıBusun yetərsiz sayda avtobuslarına yüklənəcəklər. Nəticədə, 1 martda xüsusiləşdirilmiş karantini yenidən bərpa edəcək, xalqı da danlayacaqsınız ki, hər şey sizin üzünüzdən olur.

Və ya xalqı maarifləndirmək, yoxsa təhqir etmək üçün brifinqə çıxardığınız bəlli olmayan Yaqut Qarayevaya kim haqq verib ki, hər dəfə insanımıza yuxarıdan aşağı baxsın. Olğun yaşında özünü ərgən qızlar kimi aparıb, “sizin adını belə bilmədiyiniz qədər vaksinlər etmişəm XARİCİ ÖLKƏLƏRDƏ” desin. O, hansı ölkədə bu işlə məşğul olub ki, adlarını bilmədiyimizdən bu qədər əmindir? Qrenadada yoxsa Dominikada vaksin-vaksin oynayıb?

***

Təhsilimizi “tikənlər”…

Başqa bir mövzuya toxunaq. Onsuz da direktorların, “zavuç”ların tikə-tikə bitirdikləri təhsili onlayn olaraq, Operativ Qərargah nəyi var tikmisən. Kafe-restorana icazə verdiyin şəkildə uşaqların heç olmasa repititor yanına getməsinə, onsuz da az şagirdin olduğu təhsil mərkəzlərinin açılmasına icazə verə bilməzdinmi? Bir halda ki, ən nümunəvi liseylərin belə onlayn dərsləri bərbad haldadır, Təhsil Nazirliyinin ümidinə qalmış məktəblərdən danışmaq yersizdir. Gələcəyimizin içinə etmisən, ey TƏBİB! Xəbərin varmı? Sənin bu “xidmət”indən sonra ABŞ səfirliyinin sevimlisi olan nazirə tikməyə təhsil qalmır, xəbərin olsun…

Qısacası, bəylər, bu karantin komediyası çox uzun çəkdi, bitirmək lazımdır… Azərbaycan naminə, bitirin… Çünki çıxardığınız qərarlardan artıq təkcə xalq əziyyət çəkmir…

Loading...

www.yenicag.az

6450