!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Optimizm aşağı intellektlə bağlıdır - TƏDQİQAT

!Reklam – Yazi

Optimizm aşağı intellektlə əlaqələndirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Bath Universitetinin alimlərinin “Personality and Social Psychology Bulletin”də dərc olunan araşdırmasının nəticərəində deyilir.

İdrak qabiliyyəti aşağı olan insanlar çox vaxt həddindən artıq optimizmə meyllidirlər ki, bu da əksər hallarda pis qərarlara və pis nəticələrə gətirib çıxarır.

Koqnitiv qabiliyyətləri yüksək olan insanlar gələcəyə dair gözləntilərində daha realist və pessimist olmağa meyllidirlər.

Tədqiqatçılar qeyd edirlər ki, realistlər və pessimistlər daha tez-tez “göylərdən enir” və adekvat, düzgün qərar qəbul etmək üçün vəziyyəti ayıq şəkildə qiymətləndirirlər.

“Aşağı idrak qabiliyyətləri daha çox özünü yaltaqlıq meyllərinə gətirib çıxarır – insanlar mahiyyətcə özlərini aldadırlar. Həddindən artıq optimist inanclara əsaslanan planlar pis qərarlara gətirib çıxarır. Və şübhəsiz ki, real inanclardan daha pis nəticələrə səbəb olur”, – deyə universitetin İdarəetmə Məktəbindən Dr Kris Douson bildirib.

Yüksək koqnitiv qabiliyyətə malik olanlar mühüm qərarlar zamanı bu avtomatik reaksiyanı boğmağı bacarırlar.

“Qeyri-real optimist maliyyə gözləntiləri həddindən artıq istehlak və borc səviyyəsinə, eləcə də qeyri-kafi qənaətə gətirib çıxara bilər. Bu, həm də biznesə həddindən artıq giriş və sonradan uğursuzluğa səbəb ola bilər. Uğurlu biznesə başlamaq şansları zəifdir. Lakin optimistlər hər zaman onların kifayət qədər böyük potensiala malik olduğunu düşünürlər və uğursuzluğa məhkum olan bir işə başlayırlar”, – Douson qeyd edib.

Alim onu ​​da bildirib ki, problem insanın pozitiv düşünməyə proqramlaşdırılmış olmasıdır. Bu da qərarların keyfiyyətinə mənfi təsir göstərə bilər, xüsusən də ciddi qərarlar qəbul edilməli olduqda. Ona görə də insan bunun öhdəsindən gəlməyi bacarmalıdır. Bu araşdırma göstərir ki, yüksək koqnitiv qabiliyyəti olan insanlar idrak qabiliyyəti aşağı olan insanlardan daha yaxşı bunun öhdəsindən gəlirlər.

Xuraman Etibarlı

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv