!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Gülalıyevin vəziyyəti necədir? - AÇIQLAMA

!Reklam – Yazi

Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülüb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır. Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etmişdir. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşmiş və təkrar olaraq Mərkəzə müraciət edib.

O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan başqa tibb müəssisəsinə köçürülüb.

Yenicag.az verir ki, bunu onun oğlu Təbriz Gülalıyev bildirib.

Onun sözlərinə görə, atası təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürülüb.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Bakının Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

O, uzun müddət Türkiyədə müalicə kursu keçib. Daha sonra Azərbaycana qaytarılıb, müalicəsi xəstəxana və ev şəraitində davam etdirilib. Ötən gün O.Gülalıyevin səhhəti ağırlaşıb və yenidən xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv