!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Şirəliyevin beynindəki şiş metastaz verdi - Bacısından aqressiv AÇIQLAMA

!Reklam – Yazi

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyeva qardaşının səhhəti ilə bağlı açıqlama verib.

Yenicag.az Konkret.az-a istinadən xəbər verir ki, Rəna Şirəliyeva keçmiş nazirin səhhətinin hazırda normal olduğunu deyib:

“Oqtay müəllimin səhhəti hazırda normaldır və özünü yaxşı hiss edir. Onun vəziyyətinin ağır olması ilə bağlı məlumatı hardansa eşidib, yazırsız… Amma mən deyirəm ki, səhhəti normaldır”.

Rəna Şirəliyeva Oqtay Şirəliyevin xaricdə müalicə alıb-almaması xəbərinə isə belə reaksiya verib:

“Dedim ki, Oqtay müəllimin səhhəti normaldır, özünü yaxşı hiss edir”.

Xatıradaq ki, “Bakupost”un məlumatına görə, Oqtay Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir. Keçmiş nazir bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir. Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv