!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orban Baydenlə yox, Trampla görüşəcək

!Reklam – Yazi

ABŞ Prezidenti Co Baydenlə görüş hələ Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ-yə səfər proqramına daxil edilməyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Index” məlumat yayıb.

Macarıstan hökumətinin başçısının sözçüsü Bertalan Havasi bildirib ki, Orbanın səfərinin əsas məqsədi ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüş olacaq.

Orban martın 8-də Trampı Floridadakı Mar-a-Laqo malikanəsində ziyarət etməyi planlaşdırır. Martın 7-də o, Vaşinqtonda olacaq və burada “Heritage Foundation” araşdırma mərkəzində çıxış edəcək.

Macarıstanın Baş naziri 2021-ci ilin yanvarında vəzifəyə gəldiyindən bəri Baydenlə görüşməyib.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv