!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda İrana işləyənlər var? - "Gəmi kapitanı casusluq edə bilirsə..." - MÖVQE

!Reklam – Yazi

“Əgər Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı casusluq edə bilirsə, orduda da bu mümkündür”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat, hərbi hissələr, onların yerləşdiyi yerlər, təyinatların İran xüsusi xidmət orqanlarına ötürülməsi və orduda İrana casusluq edənlərin olma ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ordunun içərisində də İrana işləyənlərin olması mümkündür:

“İranla Azərbaycan arasında siyasi gərginlik davam edir. Bilirik ki, Azərbaycanda çoxlu sayda İranda təhsil alan vətəndaşlarımız var. Onların bir çoxu təhsil aldığı müddətdə ələ keçirilib, əməkdaşlığa cəlb edilib. Onları ələ alandan sonra xüsusi tapşırıqlar veriblər.

Son əməliyyat DTX tərəfindən casus şəbəkəsinin aşkarlanması ilə bağlı ikinci haldır. Bu əməliyyat casusların daha da dərində olduğunu üzə çıxarıb. Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanın həbs olunması böyük bir siqnaldır. Hesab edirəm ki, DTX öz işini düzgün qurub. İnanıram ki, bu davamlı olacaq.

Müstəqillik qazandığımız gündən İran Azərbaycana qarşı aqressiv münasibət sərgiləyir. 44 günlük müharibə zamanı da İran Ermənistana yardım etdi. İranın Ənzəli portu vasitəsi ilə Rusiyadan daşınan silahlar Ermənistana çatdırılırdı.

Dəqiqliklə demək olmaz ki, ordunun içərisində İrana casusluq edənlər var. 2006-2007-ci ildə İran hərbi ataşesinin yardımçısı hərbi hissələrin şəklini çəkən vaxt bizim tərəfdən saxlanılmışdı. O vaxt hərbi polisin rəisi idim. Biz qadın və kişini saxlayıb o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə təhvil vermişdik. Onlar özlərini ər-arvad və turist kimi təqdim etmişdilər. Onları təhvil verəndən sonra məlumatım olmadı.

Hər şey mümkündür. Ordunun içində də belə bir neqativ hallar ola bilər. DTX və digər kəşfiyyat orqanları bunun üzərində ciddi işləyir. Əgər Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı casusluq edə bilirsə, orduda bu mümkündür. Bunlar yoxlanılmalıdır. Yoxlanmamış heç bir fikir söyləmək olmaz. Ancaq hər ehtimalı dəyərləndirmək lazımdır. Çünki ordu böyük ailədir. Orduya xidmət etməyə xalqdan gəlirlər. Hər bir hərbi qulluqçunun ictimaiyyətlə əlaqəsi var. Ona görə də, bu, mümkün ehtimaldır. Hesab edirəm ki, DTX bu istiqaməti də nəzarətində saxlayır”.

Səxavət Məmməd

www.yenicag.az

29370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv