!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda struktur dəyişikliyi: "Kimsə ömür boyu bir vəzifə tutub qalası deyil" - Polkovnik

!Reklam – Yazi

“Əgər Azərbaycan Ordusu Türkiyənin ordu modelinə keçirsə, hansısa vəzifələr ixtisara düşə bilər”.

Bu sözləri Müdafiə Nazirliyində baş verən kadr islahatları və struktur dəyişikliyini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, kadr islahatında və struktur dəyişikliyində qeyri-adi bir şey yoxdur:

“Son günlər mətbuatda Müdafiə Nazirliyində dəyişikliklər haqqında yazılar gedir. Bunu ajiotaja çevirməyi doğru hesab etmirəm. Əgər Azərbaycan Ordusu Türkiyə ordu modelinə keçirsə, hansısa vəzifələr ixtisara düşə bilər. Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi barədə informasiya yayılıb. Bu barədə heç bir rəsmi açıqlama yoxdur.

Nizam Osmanov prezidentin sərəncamı ilə vəzifəyə təyin edilib, onun vəzifədən azad edilməsi barədə prezidentin sərəncamı olmalıdır.

Yeri gəlmişkən, Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimovun da vəzifəsindən azad edildiyi deyilir.

Elxan İbrahimovun müharibə vaxtı fəaliyyəti göz önündə olub. Yaralıların vaxtında təxliyəsi, həkimlərin vaxtında göstərdiyi yardımla şəhid sayı az olub. Bilirəm ki, bu işin təşkilində Elxan İbrahimovun çox yaxşı xidmətləri olub.

Orduda struktur dəyişikliyi varsa, kimlərsə vəzifədən gedə də bilər, yaxud başqa vəzifəyə təyin də edilə bilər. Zabitlərin hamısı ömür boyu bir vəzifə tutub qalası deyil. O qədər ratasiya ləng baş verib ki, cəmiyyət ona görə də bu cür xəbərlərə sevinir”.

Səxavət Məmməd

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv