Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ordumuz yeni dayaq məntəqələrini azad edib, düşmənin hərbi texnikaları məhv edilib - RƏSMİ

Cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərinin azad olunması istiqamətində əks-hücum əməliyyatlarını davam etdirir.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, davam edən döyüşlər nəticəsində düşmən ağır irkilər verərək geri çəkilməyə məcbur edilib: “Ordumuz əldə edilən nailiyyətləri nətcəsində yeni dayaq məntəqələrini azad edib, düşmənin hərbi texnikaları məhv edilib. Gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var”.

A.Eyvazov sentyabrın 27-dən bu günə qədər əks-hücum əməliyyatları nəticəsində düşmənin məhv edilən döyüş texnikasının siyahısını da açıqlayıb: “Sentyabrın 27-dən bu günədək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

İtirilmiş mövqeləri sözdə dırnaqarası qaytaran düşmən əhalinin kompakt yaşadıqları əraziləri, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl, Yevlax, Gəncə, Mingəçevir, Goranboy rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandanın verdiyi tapşırıqlar uğurla icra olunur”.

www.yenicag.az

172