!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ordunu söküb-talayanlar: "Hər şey üzə çıxandan sonra..."

!Reklam – Yazi

“Nəcməddin Sadıkovla bağlı Altay Mehdiyevdən öncə Kamil Əliyev çox tutarlı məlumat yaymışdı. O məsələni araşdırdım və hər şeyin gerçək olduğu məlum oldu”.

Bu sözləri Müdafiə Nazirliyində maliyyə yeyintisi ilə bağlı aparılan araşdırmaya və sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyevin səsləndirdiyi fikirlərə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazovun Müdafiə Nazirliyindəki maliyyə fırıldaqları ilə bağlı münasibəti belə olub:

“Müdafiə Nazirliyində son illər müəyyən müsbət işlər görülsə də, bir arxayınlıq yaranmışdı. Əsasən də bu arxayınlıq Vətən müharibəsindəki qələbədən sonra daha da artmışdı. Generallar düşündülər ki, qalib gəlmişik, istədiyimiz qədər yeyə biləcəyik. Xalqın boğazından kəsilib, neçə-neçə əlillər çöldə qoyulub ki, ordu güclü olsun, bəzi zabitlər də rüşvət almaqları bir yana, məhz o pula əl uzadıblar. Bu isə bağışlanılmaz bir xətadır. Rəhbərliyin bundan nəticə çıxaracağını düşünərək əvvəllər jurnalistlərdən orduda baş verənlərdən çox yazmamalarını xahiş edirdik. Ancaq biz bunun tam əksini görürük. Yeni yaranmış Quru Qoşunları komandanlığında belə maliyyə fırıldaqları ortaya çıxıb.

Bəzi insanlar başa düşmürlər ki, DTX 10 il əvvəlki qurum deyil. Onların bu məsələrdən konkret olaraq xəbərləri olur. Düşünürəm ki, bu tədbirlər çox vacibdir, lazımdır. Bu tədbirlər ordumuzun düzəlməsinə, ona ayrılan pulun kimlərinsə cibinə getməməsinə xidmət edəcək”.

Altay Mehdiyevin Nəcməddin Sadıkovla bağlı yazdıqlarına gəldikdə isə, Tərlan Eyvazov bunları deyib:

“Altay Mehdiyev Azərbaycan ordusunun təməl daşını qoyanlardan biri olub. O, ən şərəfli zabitlərdən biridir. Altay Mehdiyev təkcə indi yox, zaman-zaman bu cür çıxışlar edib. Ancaq o da düşünürdü ki, müəyyən həddə qədər susmaq olar, ümumi işin ziyanına olmasın. Artıq hər şey üzə çıxandan sonra, faktların gizlədilməsinin bir mənasının olmadığını gördü və danışdı. Necə ki, müstəntiq Kamil Əliyev Nəcməddin Sadıkovla bağlı faktları açıqlamışdı.

Kim hansı günahın sahibidirsə, zəhmət çəkib cavab versin”.

Səxavət Məmməd

www.yenicag.az

3391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv