!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Örənqala seçim turu keçirildi - FOTOLAR

!Reklam – Yazi

21.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon təhsil sektorunun təşkilati dəstəyi ilə təşkilatımız tərəfindən icra edilən “Beyləqan məktəbliləri arasında Vətən kuboku” layihəsi çərçivəsində Örənqala qəsəbə tam orta məktəbinin akt zalında “Örənqala seçim turu” təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kamil Binnətov  iştirakçıları salamlamış və uğurlar arzulamışdır. İctimai birliyin sədr müavini Elşad Haqverdiyev  layihə, donor və digər məsələlər haqqında ətraflı məlumat vermişdir. 8 məktəbdən ümumilikdə 48 nəfər məktəblinin qatıldığı seçim turu gərgin mübarizə ilə yadda qalmışdır. Yarışmanın sonunda Örənqala qəsəbə tam orta məktəbinin “Örənqala” komandası 1-ci, Kəbirli kənd 1 nömrəli tam orta məktəbinin “Qəhrəman Kəbirli” komandası 2-ci və Yuxarı Kəbirli kənd tam orta məktəbinin “Zəfər” komandası isə 3-cü yerin sahibi kimi finala – “Vətən kuboku”na vəsiqə qazanmışlar.

Qeyd edək ki, layihə 01.08.2023-01.11.2023-cü il tarixlərini əhatə edir. Layihə çərçivəsində Beyləqan rayonu 5 zonaya bölünüb. Hər zonada yerləşən məktəblilər yarışa cəlb edilir. Hər zonadan ilk 3 yeri tutan komanda finala vəsiqə qazanır. Final 16 komanda arasında “Xəmsə milli intellektual oyun növü” üzrə təşkil ediləcəkdir. Final – “Vətən” kubokunun oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır. Bununla da ümumilikdə 50-ə qədər məktəbdən 540 nəfərə qədər məktəblinin qatıldığı layihəyə də yekun vurulacaq.

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv