!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orqanizmi sıradan çıxaran ZƏRƏRLİ QİDALAR: “Bu məhsullar insanlarda asılılıq yaradaraq...”

!Reklam – Yazi

“Ürəyimiz nə istəyirsə, onu yeyərək, sağlam alternativlərin mövcudluğunu düşünmək istəmirik”.

Bu fikirləri gündəlik qəbul edilən bir sıra məhsulların orqanizmə zərəri haqda danışan ekspert Fərid Səfərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qarnımızı bir neçə saatlıq tox saxlamaqdan ötrü deyil, ehtiyacımız olduğu üçün yeməliyik:

“Qidanı insan bədəninin “yanacağı” adlandırmaq olar. Təbii ki buradakı əsas məqam “yandırdığımız yanacağ”ın” nə dərəcədə keyfiyyətli olmasıdır. Qəbul etdiyimiz qidanı yaxşı tanımalı, hansı qidanı nə üçün yeyir, ziyanlı və faydalı tərəflərinin nələr olduğunu bilməliyik. Eyni zamanda, sadəcə qarnımızı bir neçə saatlıq tox saxlamaqdan ötrü deyil, ehtiyacımız olan qədər yeməliyik. Bir sözlə, yemək üçün yaşamamalıyıq, yaşamaq üçün yeməliyik.

Gündəlik istifadə etdiyimiz, lakin zaman keçdikcə sağlamlığımıza mənfi təsirləri olan zərərli qidaları müəyyənləşdirərək tədricən rasiondan çıxartmaq öz əlimizdədir. Bu sırada rafinə olunmuş un, işlənmiş ət məhsulları, xüsusilə, kolbasa və sosislər, hazır bulyonlar və şorbalar, çips, kreker, suxarı, bütün növ şirniyyat məhsulları, qazlı və şəkərli içkilər, kompotlar, dadlandırılmış südlər və qızartma yeməkləri xüsusi qeyd edə bilərik.

Əlavə olaraq, normadan artıq duz, duru yağ, marqarin, fast-food kimi qidaları gündəlik qəbuldan çıxarmaq lazımdır. Bu cür gündəlik qidalar uzun zaman aralığında hiss etdirmədən bizi özündən asılı vəziyyətə salaraq, çox böyük sağlamlıq problemlərinə gətirib çıxarır. Bizim ürəyimiz nə istəyirsə, onu yeyərək, sağlam alternativlərin mövcudluğunu düşünmək istəmirik. Sadəcə maariflənmək, araşdırıb öyrənmək və həyatımıza tətbiq etmək lazımdır. Sağlam düşünərək sağlam qidalanmalı və sağlam yaşamalıyıq”.

İsmayıl Bakuvi

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv