Reklam

Reklam

Azərbaycan uzun illərdir ki, Ermənistan tərəfdən təcavüzə məruz qalıb. Ancaq Azərbaycanın haqq səsini tam olaraq müdafiə edən bir dövlət var, o da qardaş Türkiyədir. Digər türkdilli dövlətlər isə Qarabağ məsələsilə bağlı Azərbaycana tam şəkildə dəstək vermirlər. Hətta bəziləri Ermənistanla əlaqə də qurub. Görəsən, nədən Qarabağ məsələsində, Türkiyəni çıxmaq şərtilə, digər türk dünyası dövlətləri Azərbaycana tam olaraq dəstək göstərmirlər? Kimdir, onlara bu istiqamətdə əngəl olan?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Elşən Manafovun fikrincə, Mərkəzi Asiyanın türkdilli dövlətləri Moskvanın təzyiqlərindən çəkindiyindən Qarabağ məsələsinin həllində Azərbaycana birmənalı olaraq dəstək və arxa ola bilmirlər:

“Azərbaycanın problemlərinə dəstək olmaq məsələsində təbii ki, Türkiyənin strateji və hərbi baxımdan mövqeyi daha böyük önəm və əhəmiyyət kəsb edir. Türkiyə həqiqətən də bölgənin ən böyük və güclü dövlətlərindən biridir. Bu mənada münaqişə daha böyük fazaya keçərsə, Türkiyənin Ermənistana təzyiqi üçün kifayət qədər çeşidli və fərqli imkanları var. Türkiyə NATO üzvüdür. Onun özünün də Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlərdə marağı var. Digər tərəfdən Ankara strateji müttəfiqimizdir. Bütün bunlar Türkiyənin yanımızda olmasını təmin edir. Amma deməzdim ki, MDB məkanında yaranan digər türkdilli dövlətlər Türkiyə ilə müqayisədə Azərbaycanın bir nömrəli probleminə münasibətdə daha fərqli mövqe sərgiləyir. Məsələn, Özbəkistanın Ermənistanla ümumiyyətlə, diplomatik münasibətləri yoxdur. Digər tərəfdən, Ermənistanla birgə Rusiyanın patronajlığı altında yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibindəki türkdilli dövlətlərdən Qazaxıstanla Qırğızıstan bir qayda olaraq Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində gedən danışıqların həmişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi mövqeyindən çıxış ediblər. Keçən il cəbhə xəttində 4 günlük hərbi əməliyyatlar başlayanda erməni tərəfi KTMT-də təmsil olunan dövlətlərin ona dəstək verərək, Azərbaycanın xeyrinə olmayan bəyanatlarla çıxış edəcəyini güman edirdi. Amma hər şey ermənilərin gözlədiklərinin əksinə oldu. Nəinki türkdilli dövlətlər olan Qazaxıstanla Qırğızıstanın, hətta xristian ölkəsi Belarusun məsələdə tutduğu mövqe İrəvanda çaşqınlıq yaratdı. Lakin onu da nəzərə alaq ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin Rusiya ilə münasibətlərinin məlum xarakteri də onlara Qarabağ məsələsində daha sərbəst və fərqli mövqe sərgiləməyə imkan vermir.

Rusiya tərəfi prezident Putinin Qırğızıstana səfəri zamanı Moskvanın bu ölkədəki hərbi bazalarının hansı müddətədək qalması məsələsinə toxundu. Habelə, Qırğızıstanda olan hakimiyyət dəyişikliyi bilavasitə Rusiyanın hərbi-siyasi dəstəyi şəraitində baş verdi. Digər tərəfdən, Moskvanın bu dövlətlərə təsiri bəs edir ki, onlar bir qayda olaraq, Qarabağ münaqişəsində Rusiya faktorunu nəzərə almalı olsunlar. Məsələn, Qırğızıstanda ABŞ-a məxsus “Manas” hərbi bazasının çıxarılması və onun Rusiya bazası ilə əvəzlənməsi, Özbəkistanın KTMT-dın çıxıb yenidən ora üz tutması, İslam Kərimovun ölümündən sonra Moskvanın burada məhz rusiyayönümlü siyasətçinin hakimiyyətə gəlməsi üçün bir sıra addımlar atması göstərir ki, Kremlin Mərkəzi Asiyadakı türkdilli dövlətlərə müəyyən təsir imkanları var. Hansı ki, bu təsirlər də həmin dövlətlərə Dağlıq Qarabağ məsələsində daha ciddi və birmənalı mövqe sərgiləməyə imkan vermir”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 85
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."