!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta Dəhliz vasitəsilə daşımaların həcmi 77 faiz artdı - Səfir

!Reklam – Yazi

2022-ci ilin doqquz ayı ərzində Orta Dəhliz vasitəsilə daşımaların həcmi 77 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin dəhlizin buraxılış gücünün artırılması məsələsi gündəmdədir və artıq tərəfdaşlarla birgə müvafiq planlar var.

“Enerji məsələsinə gəldikdə, hamı bilir ki, Azərbaycan qaz və neft hasil edən ölkədir və biz Avropanın əsas tədarükçülərindən biriyik. Biz yaxın zamanlarda qaz tədarüklərini iki dəfə artırmağı planlaşdırırıq ki, bu da avropalı tərəfdaşlarımız üçün çox vacib olacaq”, – səfir deyib.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv