!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəbdə oxuyan 90 yaşlı şagird - Qadın dərsə gedir

!Reklam – Yazi

Birinci Dünya Müharibəsinə görə orta təhsili yarımçıq qalmış 90 yaşlı italiyalı qadın təhsilinə geri qayıdıb.

Yenicag.az xəbər verir ki, bununla da Annunziata Murgianın dünyada orta mətkəb dərslərinə başlayan ən yaşlı insan olduğu qeyd edilib.

“Mən oxumağı sevirəm, həmişə də sevmişəm. Ancaq müharibə başlayanda hər şey mənim üçün dəyişdi. Ailəm dolanışıq üçün çarpışdığına görə mən də gedib işləməli və öz rolumu oynamalı oldum. Bir vaxtlar yanlız pulu olan oxuya bilirdi”, – Murgia deyir.

O uşaq vaxtlarında tikişi öyrəndiyini, sonra bu işdə işləməyə başladığını bildirib. Ancaq bununla bərabər o, çoxlu kitablar oxuduğunu, nə vaxt imkan düşsə, öyrəndiyini deyir.

Onun xüsusi həvəsi tarix və musiqiyədir.

Axşam növbəsi dərslərinə qatılan Murgianın sinif yoldaşlarının ən gəncinin 16 yaşı var. Murgianın ədəbiyyat müəlliməsi Marina Pilia onu həvəsli və çalışqan şagird kimi təsvir eliyir.

“Eşitmə problemi olduğuna və dünən yıxıldığı üçün yaxşı formada olmamasına baxmayaraq, o dərslərdə, xüsusilə tarix dərsində aktiv şəkildə iştirak edir”, – Murgianın müəlliməsi deyib./Qaynarinfo/

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv