!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərdə dərinləşən KRİMİNAL MÜHİT: “Nazirlik belə hallarla bağlı tədbir görüldüyünü...”

!Reklam – Yazi

 

“Nazirlik və müvafiq qurumlar belə hallarla bağlı tədbir görüldüyünü desələr də, məktəblərdə baş verən xoşagəlməz hadisələr armaqda davam edir”.

Bu fikirləri şagirdlərin məktəbə soyuq silahlar və başqa təhlükəli alətlər gətirmələri hallarının artmasına münasibət bildirən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə hallar baş verdikdə, həmin şagirdlərin ailələri məlumatlandırılmalı, özləri isə ciddi nəzarətə götürülməlidir:

“Təəssüf hissi ilə deyə bilərəm ki, məktəblərdə kriminal şərait hökm sürür. Elə son hadisələr də bunu sübut edir. Bir çox şagirdlər məktəbə bıçaqla, təsbehlə gəlir. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər.

Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb. Bu da onu göstərir ki, məktəblər artıq şagirdləri nəzarətdə saxlamağa çətinlik çəkir. Nazirlik və müvafiq qurumlar belə hallarla bağlı tədbir görüldüyünü desələr də, məktəblərdə baş verən xoşagəlməz hadisələr armaqda davam edir. Həmçinin qeyd edim ki, məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən etməlidir.

Bunun üçün əsas məsuliyyət sinif rəhbəri, məktəb psixoloqu və məktəblinin yaxın dostlarının üzərinə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, şagirdlərin təhlükəli alətlərlə məktəbə daxil olmalarının qarşısının alınması üçün ciddi tədbir görülməlidir. Bu məsələlərdə həm valideyn, həm də məktəb məsuliyyət daşıdığı üçün onlar arasında müntəzəm əlaqə saxlanılmalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

2108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv