!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərin tədris proqramında “unudulan” BOŞLUQ: “Uşaqlara müəyyən elmləri öyrətsək də…”

!Reklam – Yazi

Mail Yaqub: “Ölkəmizdə ailənin möhkəmliyinin qorunması və boşanmaların qarşısının alınmasında təhsilin heç bir rolu yoxdur”.

Kamran Əsədov: “Tədris proqramlarına baxdıqda, orta məktəblərimizdə mənəvi dəyərlərlə bağlı materialların çox zəif olduğunu görürük”.

Təhsil müəssisələri şagirdlərə bilik verməklə yanaşı, onların şəxsiyyət kimi formalaşmasına da çox mühüm rol oynayır. Bu baxımdan, əksər ekspertlər də hesab edirlər ki, məktəblərdə mənəvi dəyərlərin, o cümlədən, ailə dəyərlərinin qorunub inkişaf etdirilməsinə ciddi diqqət yetirilməlidir.

Bu vacib məsələ ilə bağlı Yenicag.az-a danışan sosioloq Mail Yaqubun sözlərinə görə, nədənsə, tədris prosesində müəllimlər ailə dəyərləri haqqında danışmağa əhəmiyyət vermirlər:

“Son dövrlərdə boşanmaların sayının artmasının və ailədaxili problemlərin qarşısının alınmasında təhsil sistemi böyük rol oynaya bilər. Buna görə də tədris proqramında ailə fəlsəfəsinə geniş yer verilməsi zəruridir.

Lakin nə orta, nə də ali məktəblərdə bu məsələlərə elə də çox önəm verilmir. Düşünürəm ki, tədris prosesində ailə dəyərlərinin möhkəmlənməsi məsələsinə diqqət artırılsa, bunun haqqında danışılan neqativ tendensiyalara müəyyən təsiri olar”.

Mövzunun Yenicag.az-a dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, orta məktəblərdə şagirdlərə ailə dəyərini aşılamaq üçün xüsusi fənnin tədrisinə ehtiyac var:

 

“Təhsilin əsas məzmunu elmi bilikləri öyrətməklə bərabər, şəxsiyyət yetişdirmək və onlara müəyyən dəyərləri aşılamaqdır. Bu dəyərlər içərisində ailə fəlsəfəsi mühüm əhəmiyyət kəsb edir. Şagirdlərə ailə dəyərini aşılamaq üçün ayrıca fənnin tədrisinə ehtiyac var.

Düzdür, “Həyat bilgisi” fənnində zəruri informasiyalar verilir, amma bu, yetərli deyil. Son illər ailədaxili problemlər, zorakılıq və boşanmaların sayının artması orta məktəblərdə bu məsələni xeyli aktuallaşdırır. Hesab edirəm ki, uşaqlara müəyyən elmləri öyrətsək də, onlarda insani dəyərləri formalaşmasına diqqət etmirik”.

Nuray Məmmədzadə

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv