!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oruc tutanlara tövsiyə olunan SAĞLAM RASİON: “İftarı açdıqdan sonra bir saat ərzində...”

!Reklam – Yazi

“Bəzi insanlar yalnız düşbərə, əriştə kimi ağır yeməkləri qəbul etməklə doyacaqlarını zənn etsələr də, belə qidaların ac qalmış orqanizmə necə ziyan vuracağını anlamaq istəmirlər”.

Bu fikirləri Ramazan ayı boyunca qidalanma zamanı diqqət yetirilməli məqamlar haqda danışam dietoloq Dürrə İsmayılova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ramazan ayında oruc tutan şəxslər bunu səhhətlərinə zərər vurmadan yerinə yetirməlidir:

“Səhər imsaka ən azı bir saat öncədən durmaq, əvvəlcə ilıq su qəbul etmək, daha sonra yeməyə başlamaq lazımdır. Səhər yeməyində maksimum yüngül qidalar tövsiyə olunur. Yumurta, kəsmik, qaymaq ağır tipli qidalar sayılmadığına görə onlardan istifadə məqsədəuyğun hesab oluna bilər.

İftarı açan zaman isə yenə də əvvəlcə mütləq su içilməlidir. Suyun tərkibinə nanə, reyhan, darçın kimi ədviyyatlar əlavə etmək olar. İftarı açdıqdan sonra bir saat ərzində çox ağır yeməklərə üstünlük verilməməlidir. Yeməklərlə yanaşı, tərəvəzlərin qəbuluna da fikir vermək gərəkdir.

Bəzi insanlar yalnız düşbərə, əriştə kimi yeməkləri qəbul etməklə doyacaqlarını zənn etsələr də, belə qidaların ac qalmış orqanizmə necə ziyan vuracağını anlamaq istəmirlər. Yeməkdən sonra mütləq bir saat piyada gəzməyə vərdiş etməlidirlər. Ümumiyyətlə, sağlam şəkildə oruc tutmaq vacib şərtdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv