Oruc tutanların diqqətinə: Bu qidalar susuzluq yaradır

Ramazan ayında oruc tutanlar bir çox hallarda aclıqdan yox, susuzluqdan şikayətlənirlər.

Yenicag.az xəbər verir ki, dietoloqlar artıq bu problemdən də çıxış yolunu tapıblar.

Dietoloqlar bildirirlər ki, gün ərzində susuz qalan orqanizm tərkibində maye olan qidalar tələb edir.

İftar-imsak arasında 2-2,5 litr su içmək məsləhət görülür. Karbohidrat tərkibli qidalar isə susuzluq yaradır.

Susuzluq yaradan məhsulların siyahısı:

  1. Ağ unla bişirilən yağlı çörək.
  2. Kartof qızartması
  3. Qoğal
  4. Yağda qızardılmış xəmir yeməkləri.
  5. Meyvə şirələri və kopmotlar.
  6. Şəkərli çay.
COP29