!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oruc tutanların orqanizmində başlayan UNİKAL PROSES: “Bədənin həyati fəaliyyəti üçün…”

!Reklam – Yazi

“Autofaqiya çox unikal bir proses olaraq, orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir.”.

Bu fikirləri Ramazan ayında oruc tutan insanların orqanizimində baş verən proseslər haqda danışan dietoloq Leyla Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ramazan ayında tutulan oruc insanların hərtərəfli saflaşmasına yardımçı olur:

“Ramazan ayında oruc tutmaqla təkcə nəfsimizə hakim kəsilmir, həm də haramdan uzaq duraraq saflaşmağa çalışırıq. Bu saflaşma həm fikirlərimizin, əməllərimizin, həm də paralel olaraq, orqanizmimizin təmizlənməsidir. İnsan ac qaldıqda, orqanizmdə autofaqiya – hüceyrələrin öz-özünü yeniləməsi prosesi baş verir. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii prosesdir.

Bu prosesin davamında insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və daxildə zədələnmiş, köhnəlmiş hüceyrələri təmizləyir. Araşdırmalara görə, 8 saat, maksimum 16-20 saat ac qaldıqda, qaraciyər hüceyrələri özünü yeniləməklə yanaşı, həm bu orqanda reabilitasiya prosesi başlayır, bədəndə qlükoza ehtiyatının xərclənməsi nəticəsində faydasız yağ toxumaları parçalanır. Autofaqiya çox unikal bir proses olaraq, orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir.

Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də, qastrit və yaxud qəbizliklə bağlı narahatlıqlar yaranır. Bu, həmin şəxslərin orucluqda düzgün qidalanmamalarının nəticəsidir. Dietologiya elmi həyatda Tanrının buyurduqları ilə çox bənzərdir. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin sayıla bilər. “Köklüyün sirri-arıqlamağın açarı” adlı kitabımda Ramazanda düzgün qidalanma haqqında geniş yazmışam. Bu gözəl ayda insanları saf və sağlam olmağa çağırıram”.

İsmayıl Bakuvi

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv