Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Orxan Fikrətoğlu BAMF-ın Fəxri Diplomuna layiq görülüb

400003af-ca6e-4533-b833-b9b1c2078acaAzərbaycanın tanınmış yazıçısı, ssenarist,rejissor və jurnalisti Orxan Fikrətoğlu BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin ən yüksək statuslu üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Fəxri Diplomuna layiq görülüb. Bu dəyərli mükafatı tanınmış aparıcı və publisistə BAMF-ın sədri Umud Mirzəyev təqdim edib. Cənab Mirzəyev bildirib ki, Orxan Fikrətoğlu məhz Azərbaycanda publisistika, rejissura, kino işi və media sahəsinin tərəqqisi və populyarlaşdırılmasında oynadığı vacib rola, bu istiqamətində göstərdiyi dəstəyə görə bu mükafatla təltif olunub. Orxan Fikrətoğlu isə 50 illik yubileyi ərəfəsində belə bir diploma layiq görülməsini özü üçün çox xoş hadisə adlandırıb. O, fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə BAMF-ın sədri və bütün kollektivinə öz minnətdarlığını bildirb.

Qeyd edək ki, Orxan Fikrətoğlu 80-ci illərdən kino ,publisistika və media sahəsində fəaliyyət göstərir. Onun bu günədək mətbuatda yüzlərlə publisistik yazıları, povestləri, hekayələri çap edilib. Əsərləri müxtəlif ölkələrdə işıq üzü görüb. Onun yazdığı ssenarilər əsasında Azərbaycanda, Türkiyə və Özbəkistanda bir neçə film çəkilib. Beynəlxalq Yalta kinofestivalının ilk ali mükafatçısı olan Orxan Fikrətoğlu çoxlu sayda bədii nəsr kitabının, üç publisistik kitabın da müəllifidir. Hekayələri “Dünya Nəsr Antologiyasına” düşüb. Hazırda Mədəniyyət və Turizm nazirliyinin nəzdindəki “Salnamə” sənədli filmlər studiyasının baş redaktorudur. Azad Azərbaycan telekanalında layihə rəhbəridir.

Xatırladaq ki, BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin Ən Yüksək Statuslu üzvü , BAMF-ın Fəxri Diplomu 1993-cü ildən etibarən təqdim olunur. Diplom dünyada sülhün təbliği, azad sözün və obyektiv informasiyanın yayılmasında xüsusi xidmətləri olmuş, eləcə də media və publisistika sahəsində peşəkar fəaliyyətinə görə tanınmış şəxslərə təqdim edilir. Qarabağ müharibəsinin alovlandığı bir dövrdə təşəbbüsü verilən diplom Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, müharibə həqiqətlərinin media vasitəsi ilə dünyaya çatdırılması istiqamətində fəaliyyətinə görə ilk dəfə 4 nəfərə təqdim olunub . Leonid Lazareviç (Rusiya, Radio Mayak) və Çingiz Mustafayev (Azərbaycan, Milli Qəhrəman ) ölümündən sonra, Yuri Pompeyev (Rusiya, jurnalist-publisist) və Riçard Lapaytis (Litva, fotojurnalist) isə sağlığında BAMF-ın Fəxri Diplomuna layiq görülmüşdürlər. Onlardan sonra da bəzi jurnalistlər bu diplomla təltif olunublar.

Loading...

www.yenicag.az

444
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100