!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orxan Fikrətoğlu ittihamlara CAVAB VERDİ: "Beşinci kolon"a xidmət edən boşboğazlar..."

!Reklam – Yazi

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəmnində yardım etmək fikrindəyəm. Tarixi,diplomatik və siyasi sahədə əlbəttə ki. Buna ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyin edilmiş yazıçı, teleaparıcı Orxan Fikrətoğlu ona qarşı səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.

Orxan Fikrətoğlu onun kulinariya sahəsində təcrübəsi olmadığını əsas gətirərək tənqid edənləri boşboğazlıqda günahlandırıb:

“Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir.
Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdəm kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağız dolusu danışması, əslində, gözlənilən idi.
Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda, yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. ictimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək.
Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib.
Mən Dövlət turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.
Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verlişimi aparıram.
“Beşinci kolon”a xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə FB-də, dövlətini və məni sevənlər cavab verir.

Sakit olun. Mən yemək bişirməyəcəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın.
İcazə verin, bütün sahələri salavatlayaq”.

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv