!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orxan Həsənoğlu: “Prezident İlham Əliyev Şimali Kipr məsələsində siyasi iradə sərgilədi” – VİDEO

!Reklam – Yazi

“Azərbaycanın ŞKTC ilə yeni müstəvidə münasibətlərinin yaranması Şimali Kiprin Türk Dövlətləri Təşkilatında təmsil olunması ilə bağlıdır”

Bu fikirləri Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında yüksələn xətlə inkişaf edən münasibətlərin mövcud durumunu dəyərləndirən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Yenicag.az-a geniş açıqlamasında deyib.

Orxan Həsənoğlunun sözlərinə görə, Azərbaycanla Şimali Kipr arasında əlaqələr ŞKTC-nin Türk Dövlətləri Təşkilatına üzv olmasından sonra daha da intensivləşib:

“Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına üzv olmasından sonra Şimali Kipr vı Azərbaycan arasında əlaqələr yeni aspektdə inkişaf etməyə başladı.

Artıq Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkəmiz və təşkilatın üzv dövlətləri arasında çoxtərəfli əməkdaşlıqda Şimali Kipr də öz yerini alacaq. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ərsin Tatarın Bakıya bu səfəri Şimali Kipr mədəniyyət və tanıtım günlərinə həsr olunub.

Eyni zamanda, ŞKTC prezidenti Ərsin Tatar Azərbaycanda bir sıra ictimai tədbirlərdə də iştirak edəcək. Bu gün Şimali Kiprdən ölkəmizə təqribən 200 nəfərlik böyük heyət gəlib. Onların arasında ŞKTC baş naziri Ünal Üstel, ŞKTC baş nazirinin müavini, mədəniyyət nazirinin olduğunu xüsusi vurğulamaq lazımdır.

Həmçinin ŞKTC iş adamları, müxtəlif universitetlərin universtitetin rektor və müəllimləri, turizm şirkətlərinin nümayəndələri dı bu heyətin tərkibində ölkəmizə gəliblər.

Hər birimiz ŞKTC ilə Azərbaycan arasındakı münasibətlərin diplomatik müstəviyə keçməsini arzu edirik. Qarabağ zəfərimizdən sonra dünyanın bir sıra gücləri Azərbaycanın əleyhinə iş görməkdədirlər.

Azərbaycanın ŞKTC ilə yeni müstəvidə münasibətlərinin yaranması Şimali Kiprin Türk Dövlətləri Təşkilatında təmsil olunması ilə bağlıdır. Bu gün ŞKTC-dı bir çox azərbaycanlı tələbə təhsil alır, iş adamları, ziyalılar fəaliyyət göstərir.

İki ölkə arasında ictimai münasibətlərin tarixi qədimdir. Ancaq günümüzdə Şimali Kipr-Azərbaycan münasibətlərinin varlığından söz edə bilərik. Sadəcə, sentyabr ayında ŞKTC-dən üç nazı ölkəmizə səfər edib, müxtəlif görüşlər keçirb. Yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlər daha da yaxşıya doğru irəliləyəcək”.

Dostluq cəmiyyəti sədrinin fikrincə, Azərbaycanla ŞKTC arasında əlaqələr qarşılıqlı səfərlər və media əməkdaşlığı ilə məhdudlaşmamalıdır:

“ŞKTC-Azərbaycan münasibətlərində əsas narahatlıqlarımızdan biri obyektiv və subyektiv səbəblərdən, bəyanatların kağıq üzərində qalması, əmələ çevrilməməsidir. Ancaq hazırkı səfərin, qurulan əməkdaşlığın davamedici olmasını istəyirik. ŞKTC-də bu gün təhsil ölkənin lokomotivi – yəni əsas aparıcı gücüdür. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var. Şimali Kipr böyük turizm təcrübəsinə malikdir. Azərbaycanda turizm sektoru ŞKTC-nin təcrübəsindən yararlana bilər.

Şimali Kipr öz müstəqilliyini Azərbaycandan öncə elan etməsinə baxmayaraq, ölkəmizin dövlətçilik təcrübəsindən yararlanmalıdır. Münasibətlər qarşılıqlı səfərlər və media ilə yekunlaşmamalıdır. Bunun üçün həqiqətən də, əməkdaşlığa töhfə verə biləcək insanlar bu məsələlərin aparıcı rolunu üzərlərinə götürməlidirlər.

30 illik haqsızlıq zamanı yanımızda olan, Qarabağın işğal faktını təbliğ edən, dünyaya tanıdan, haqq səsimizi hayqıran Şimali Kiprdən olan qardaşlarımızı unutmaq olmaz”.

Orxan Həsənoğlu qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ŞKTC-nin beynəlxalq təcridinin qaldırılmasında çox mühüm işlər görüb:

“Şimali Kiprin Türk Dövlətləri Təşkilatına üzv olmasını Türkiyədən sonra ən çox dəstəkləyən ölkələrdən biri məhz Azərbaycandır. Prezident İlham Əliyev bu məsələdə siyasi iradə sərgilədi.

İndi bu iradə sərgilənir deyə Şimali Kiprə fərqli münasibət bəsləyənlər indi çevrilib “Kıbrısçı” olmamalıdır. Çünki əgər sabah vəziyyət dəyişəcəksə, onlar yenidən köhnə fikirlərinə qayıdacaqlar.

Bu nöqtəyə asanlıqla gəlib çıxmadıq, çox böyük mübarizə apardıq. Şimali Kiprin Türk Dövlətləri Təşkilatına üzvlüyünü bir sabah yuxudan oyandığımızda görmədik. Burada dövlət başçlılarının, ictimaiyyətlə fəaliyyət göstərən şəxslərin xüsusi əməyi var.

Bəzi insanlar illər öncə Bakıda Şimali Kiprlə bağlı keçirilən tədbirlərdən qaçarkən, xalq yazıçısı Sabir Rüstəmxanlı həmin tədbirlərdə iştirak edirdi. Münasibətlərin bu günlərə gəlib çatmsında onun kimi şəxslərin əməyini daha çox xatırlamalıyıq”.

 

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv