!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Osman Gündüzdən Cavanşir Feyziyevə CAVAB: "Onun bu tip hərəkəti qanunlara tüpürməkdir"

!Reklam – Yazi

“Onun bu formada harınlıq nümayiş etdirməsi, ictimai nəzarətə meydan oxuması, deputat olaraq və çoxsaylı media qurumların, parlamentlərarası qurumların üzvü olaraq qanunlara sayğısızlıq göstərməsi yolverilməzdir”.

Yenicag.az xəbər verir ki, milyonlarının bir hissəsi korrupsiya mənbəli olması səbəbindən London məhkəməsinin qərarı ilə əlindən alınan Cavanşir Feyziyevin xeyli sayda tanınmış media nümayəndələrini və ictimai xadimləri, o cümlədən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzü təhqir və təhdid edib.

Bu təhdidlərlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Cavanşır Feziyev kimlərisə həbsxana ilə hədələyib, kimlərisə “işverən”, “agent”, “sabotajçı” və “şərəfsiz” adlandırıb. Hansı ki, keçdiyi “biznes və karyera” yolu bu tip sözlərin birbaşa onun özünə aid olduğunu göstərir:

“Fikrimcə, yazdıqlarında dərhal 147-ci maddə ilə ona qarşı iş açmaq üçün ciddi əsaslar var. Şəxsən mənim onun haqqında yazdığımda heç bir təhqir-böhtan olmayıb. Sadəcə faktı qeyd edərək pulların ölkədə qalmasının və startaplara dəstək olmasının faydalı ola biləcəyini, deputatın normal qanunlar qəbul edərək münbit investisiya mühiti yaratmalı olduğunu və digər bu tip məsələləri qeyd etmişdim. Onun yazdığını oxuyanda isə ilk ağlıma gələn işlətdiyi etikadan kənar, ittiham xarakterli sözlər və ifadələr deyil, bu formada şantaj və aşkar təhqir üçün haradan güc alması, ictimai nəzarəti həyata keçirənlərə qarşı bu formada səlib yürüşü, müharibə elan etməsi üçün nəyə və kimə arxayın olması oldu. Cavanşir Feyziyevin bu tip hərəkəti qanunlara tüpürməkdir. Onun bu formada harınlıq nümayiş etdirməsi, ictimai nəzarətə meydan oxuması, deputat olaraq və çoxsaylı media qurumların, parlamentlərarası qurumların üzvü olaraq qanunlara sayğısızlıq göstərməsi yolverilməzdir. Bu tip hərəkətlər hökumət üçün ciddi siqnal olmalıdır.

Cəmiyyətə meydan oxuyan bu harınlamışın, dünyanın media resurslarında korrupsioner olaraq adı hallanan, məhkəmə qərarı ilə “çirkli” əməliyyatlarda iştirakı təsdiqlənən birinin ali kürsülərdə yer alması ancaq dövlətə ziyan gətirə bilər”.

Gülşən Şərif

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv