Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Osmanlı sarayının 100 illik sirri: Xəfiyyə, yoxsa fotoqraf?

Bütün dünyanı lərzəyə salan, ən böyük imperiya olan Osmanlının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyuldu. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirərək öz paytaxtına çevirdi. Konstantinopolun adı dəyişdirildi və şəhərə İstanbul adı verildi. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə hökmranlıq edirdi. Söszüz böyük əraziyə hökmdarlıq edən imperiya bu ərazilərdə yaşayan xalqların nümayəndələrinə müəyyən imtiyazlar verirdi. Bütün xalqlar kimi Osmanlı imperiyasının təbəliyində yaşayan ermənilər də bu imtiyazlardan istifadə edirdi. Həmişə öz bicliyi ilə ad çıxaran ermənilər isə müxtəlif yollarla öz niyyətlərini həyata keçirirdilər. Ermənilər 26-cı Osmanlı xəlifəsi II Əbdülhəmidin dövründə daha çox əl-qol açmağa başladılar. II Əbdülhəmidin dövründə 1876-1909-cu illərdə ermənilər çox yerdə öz soyadlarını dəyişərək “türkləşmə”yə üstünlük verirdilər. Maraqlıdır ki, məhz bu “türkləşmə” prosesindən sonra ermənilər Osmanlı sarayına yol tapdılar. Onlar həmçinin orduda mühüm vəzifə tutmağa başladılar. Bu, ermənilərin gələcək çirkin planlarının başlanğıcı idi. Məhz Osmanlı sarayına yol tapan və burada məşhurlaşan “türkləşmiş” ermənilərdən biri “Febus Əfəndi” idi. Osmanlı sarayında fotoqraf olan və 23 il burada xidmət edən, sarayın bütün məsələlərindən xəbərdar olan “Febus Əfəndi”nin əsl adı isə Bağoz Tarkulyan idi.

Yenicag.az-ın məlumatına görə, Bağoz Tarkulyan Hacık adlı bir erməni balıqçının oğlu idi. Onun erməni olmasını çoxları bilmirdi. İlk zamanlar o özünü Pol kimi tanıtmışdı. 1880-ci ildə Bağoz Tarkulyan İstanbulda öz emalatxanasını açdı. Uzun illər İstanbulun məşhur rəssamlarından dərslər aldı. Onun tez bir zamanda məşhurlaşması gələcəyinə açılan qapı idi. Artıq hamı onu “Febus Əfəndi” kimi tanıyırdı. Tez bir zamanda saraya yolu da açıldı. Artıq Osmanlı sultanın onun çəkdiyi rəsmlərə heyran qalması onların möhkəm dostluğuna səbəb olmuşdu. Elə məhz buna görə “Febus Əfəndi” sarayda ən toxunulmaz adamlardan biri idi. Lakin əsl xislətini gizlədən “Febus Əfəndi” gizlincə öz əməlləri ilə məşğul idi.

Bağoz Tarkulyan 23 il ərzində Osmanlı sarayından məlumatları həm ruslara, həm də ingilislərə, bir müddət isə fransızlara ötürürdü. Bağoz Tarkulyan erməni terroçusu Andronik Ozanyan ilə də dost idi. Mütamadi olaraq onunla əlaqə saxlayırdı. Fotoqraf kimi saraydakı bütün hadisələrdən xəbərdar olan “Febus Əfəndi” bu məlumatları mütamadi ermənilərə çatdırırdı. 1890-cı ildə ermənilər üsyan qaldırdılar. Bu üsyanın əsas rəhbərlərindən biri də Andronik Ozanyan idi. Türk ordusuna hərəkət planı haqqında məlumatları “Febus Əfəndi” ermənilərə çatdırır, erməni silahlıları bir çox döyüşdə əsgərləri pusquya salırdılar. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andronik Türkiyədən qaçmağa məcbur oldu. Lakin “Febus Əfəndi” öz işinin başında idi. O, Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə əlaqə quraraq bir müddət rusların Osmanlı sarayında xəfiyyəsi rolunu oynadı. “Febus Əfəndi” Osmanlı sarayında bir çox yüksək rütbəli hərbçilərlə dostluq edir, bəzən onlardan aldığı məlumatları ruslara çatdırırdı. Onun dostluq etdiyi insanlar içərisində Ənvər Paşa da var idi. 1914-cü ildə Ənvər Paşa Sultan Əbdülməcidin nəvəsi Naciyə Sultanla evlənərkən bu toyda fotoları məhz “Febus Əfəndi” çəkirdi. Onun Osmanlı sarayında məlumatları necə ötürməsinin sirri çoxları üçün gizli qalırdı. Lakin erməni xəfiyyənin gizli üzü 1915-ci ildə açılır. Onun fransız ordusu komandanlığına göndərdiyi məktub ortaya çıxır. Lakin sarayda böyük nüfuza malik olan “Febus Əfəndi” gözəgörünməz əllər tərəfindən qorunur və onun 23 illik fotoqraf-xəfiyyə görəvi sona çatır. 23 ildə öz rolunun öhdəsindən layiqincə gələn fotoqraf Bağoz Tarkulyan Parisə qaçmağı bacarır. Onun 1940-cı ildə Parisdə vəfat etdiyi bildirilir…

Qoşqar Salmanlı

www.yenicag.az

3471
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100