!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Osteoartriti ilkin mərhələdə aşkar edən test yaradıldı

!Reklam – Yazi

Osteoartrit xəstəliyi ən çox dizlər, onurğa nahiyyəsinin bel, boyun nahiyyəsində, əl oynaqlarında, çiyin, qalça oynaqlarında müşahidə edilir. Kirəcləşmə (osteoartrit) oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan bir xəstəlikdir. Son zamanlar bu xəstəlik daha çox insanın problemi olmağa başlayıb. Erkən diaqnoz bu xəstəliyə qarşı mübarizədə əsas amildir. 

Yenicag.az xarici mətbuata əsasən bildirir ki, bu xəstəliyin erkən aşkarlana bilməsi üçün Stanford Universiteti proqram hazırlayıb. Həmin proqram insanlara xəstəliyin ilkin əlamətlərini aşkar etməyə və vaxtında müalicəyə başlamağa kömək edəcək.

Proqramın sınağında 18-dən 96-ya qədər müxtəlif yaşlarda olan 405 könüllü iştirak edib. Proqram sadə otur-dur testinə əsaslanır. Test beş dəfə oturub ayaq üstə durmaqdan ibarətdir. Əgər şəxs yavaş-yavaş qalxırsa, bu, bədənin aşağı hissəsinin gücünün azaldığını və artroz riskinin yüksək olduğunu göstərə bilər.

Bu proqram həmçinin insanın duruşunu təhlil edir, oynaqlar arasındakı bucaqları və bədənin müxtəlif hissələrinin nə qədər sürətlə hərəkət edə biləcəyini qiymətləndirir. Ayağa qalxarkən böyük bir irəli əyilmə də osteoartrit riskinin yüksək olduğunu göstərir.

Beləliklə, bu proqram vasitəsilə xəstəlik erkən aşkarlana, qarşısını alacaq müalicələr sayəsində milyonlarla insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv