Ötən ay AQTA-ya 2376 müraciət daxil oldu

2020-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 – Çağrı Mərkəzinə ümumilikdə 2376 müraciət daxil olub. Daxil olan müraciətlərdən 599-u sertifikatlaşdırma və qeydiyyat, 636-sı idxal-ixrac əməliyyatları, 150-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 25-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 833-ü isə digər xarakterli müraciətlər olub.