!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul olunub

!Reklam – Yazi

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Yenicag.az xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 56-sı dərmandan, 31 nəfər isə sirkə turşusundan, səkkizi etanoldan, yeddisi dəm qazından və beş nəfər botulizmdən zəhərlənən şəxslər olub.

Həmçinin altı nəfər allergik reaksiya, dörd nəfər ilan sancması, bir nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən dördü (iki nəfər kişi cinsli, iki nəfər qadın cinsli) vəfat edib.

Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb./APA

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv