!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən gün 8 nəfərin həyatı xilas edilib

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində

23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və bir nəfərin özünü dənizə atması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla yeddi nəfər, o cümlədən Dənizkənarı Milli Parkda özünü dənizə atmış şəxs xilas edilib.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv