Ötən gün dənizdə batan yeniyetmənin cəsədi aşkarlanıb.
Yenicag.az-a FHN-dən verilən məlumata görə, 30.06.2018-ci il tarixində dənizdə batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğlunun axtarışları başa çatıb.
H.Alışovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.