!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən həftə azad edilmiş ərazilərdə 216 mina aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, 26 fevral-3 martda Tərtər, Kəlbəcər, Ağdam, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 157, tank əleyhinə 59 mina və 371 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 2019.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv