!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il 963 tikinti obyektində işlər dayandırıldı

!Reklam – Yazi

Hesabat dövründə fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 7,5 min obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl olunması, görülən işlərə texniki və müəllif nəzarətinin təmin olunması ilə əlaqədar tikintiyə dövlət nəzarəti aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”na əsasən, tikinti işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması üçün 963 tikinti obyektinə tikinti işlərinin dayandırılması barədə və 14 tikinti obyektinə isə obyektin sökülməsi barədə Qərar və 46 Göstəriş verilib.
Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 229 ədəd İnzibati xəta haqqında protokol tərtib edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verib, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak ediblər.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv