Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 2018-cı ildə orta qiyməti 71,64 dollar/barrel olub.
Yenicag.az xəbər verir ki, ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti dekabrın 28-də qeydə alınıb, həmin tarixdə qiymət 53,56 dollar/barrel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə oktyabrın 4-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 87,51 dollar/barrelə təklif edilib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barrel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barrel) qeydə alınıb.