2020-ci il ərzində respublika üzrə oğurlanan, qaçırılan 197 nəqliyyat vasitəsindən 187-i isti izlərlə tapılan, 10 avtomobillə bağlı isə axtarış tədbirləri davam etdirilir.
Bu barədə Yenicag.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Respublika rayonlarından qaçırılan 53 avtomobildən 49-u, Bakı şəhəri üzrə qaçırılan 144 avtomobildən 138-i tapılıb.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oğurlanıb, qaçırılan nəqliyyat vasitələrinin sayı 3 fakt, axtarışda qalan avtomobillərin sayı isə 6 fakt azalıb.
“Aparılan təhlillər zamanı müəyyən edilib ki, bu növ cinayətlər əksər hallarda sutkanın qaranlıq vaxtları törədilir və cinayətin obyekti əsasən yaşayış zonalarından uzaqda, işıqlandırılmamış yol sahələrində saxlanılan, kilit sistemi zəif olan, alarm sistemi olmayan və asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan və istehsal illəri köhnə olan) nəqliyyat vasitələridir
Qeyd olunanları nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması, əmlaklarının hüquqa zidd əməllərdən qorunması üçün av