!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il Azərbaycanın idxalının təxminən 57 faizi gömrük rüsumundan azad oldu

!Reklam – Yazi

2021-ci illə müqayisədə 2022-ci ildə xarici ticarət dövriyyəsi 52,6 milyard ABŞ dolları olmaqla 55%, o cümlədən ixrac 38,1 milyard ABŞ dolları olmaqla 71,5%, idxal 14,5 milyard olmaqla 24,2% artıb. Ötən il ölkəmizin qeyri-neft məhsullarının ixracı 2,9 milyard ABŞ dolları olmaqla, 2021-ci illə müqayisədə 10,3% artıb.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.

Komitənin müvəqqəti sədri əlavə edib ki, öən il idxalın əlavə dəyər vergisinə cəlb ediln bazası 80,77%, azadolmaların xüsusi çəkisi 19,23%, gömrük rüsumuna cəlb edilən baza 43,28%, gömrük rüsumu üzrə azadolmaların xüsusi çəkisi 56,72% təşkiı edib.

Qeyd edək ki, Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümüdür.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv