!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il yayımçılara 6 dəfə xəbərdarlıq olunub, 4 dəfə yayım dayandırılıb - YENİLƏNDİ

!Reklam – Yazi

Ötən il yayımçılara 6 dəfə xəbərdarlıq olunub, 4 dəfə yayım dayandırılıb.

Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 297 pozuntu faktı qeydə alınmışdır. Həmin pozuntuların çox bir hissəsi (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunmuşdur. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunmuşdur. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuşdur.

***

11:42

Audiovizual Şura ötən il 9 hüquqi şəxsin lisenziyasını ləğv edib.

Yenicag.az xəbər verir ki, bu barədə Şuranın hesabatında bildirilib.

Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirib.

İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə “Caspium Group” MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, “Media Art” şirkətinə, “Metronet” MMC-yə, “Albax TV” MMC-yə, “Şam” MMC-yə, “Real Telecom” MMC-yə, “RA Technologies” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə “İzone” MMC-yə və “Startelekom” MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurası tərəfindən verilmiş lisenziyalar ləğv edilib.

Ümumilikdə, 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.

Bununla da, hazırda, Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:

11 ümumölkə yerüstü televiziya redaksiyası;
10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
16 ümumölkə yerüstü radio radio redaksiyası;
4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);
16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;
2 sifarişli yayım xidməti provayderi;
42 universal platforma operatoru;
8 sadə platforma operatoru;
2 multipleks operatoru./report

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv