!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il yol təsərrüfatına dəyən maddi ziyanın məbləği AÇIQLANDI

!Reklam – Yazi

2023-cü il ərzində Bakı şəhərində və ölkənin ümumi istifadədə olan avtomobil yollarında habelə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 694 yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2023-cü il üzrə hesabatında qeyd edilib.

Ümumilikdə yol təsərrüfatına 785 766,9 manat məbləğində maddi ziyan dəyib, bundan  492 118,6  manatı (62,6%) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol-nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib. 59 yol-nəqliyyat hadisəsini törətmiş şəxslər məlum olmadığına görə isə səbəbkarın araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

2023-cü il ərzində işğaldan azad edilmiş avtomobil yollarında, Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5 946 yol nişanları, 11 863 siqnal dirəkləri, 87,6 km uzunluğunda  əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 2 969,3 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv