!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ötən kampaniyalarda olduğu kimi, bu dəfə də seçki prosesinin çox şəffaf və...” – Millət vəkili

!Reklam – Yazi

“İddialıların sırasından asılı olmayaraq, namizədlərin yekun sayı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənəcək”.

Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin say çoxluğu ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan demokratik cəmiyyətin qurulduğu ölkələrdən biridir və vətəndaşların seçib-seçilmək hüququ yüksək səviyyədə təmin olunur:

“Gələn il Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, hüquqi məhdudiyyəti olmayan hər bir ölkə vətəndaşı prezident seçkilərində namizədliyini irəli sürə bilər.

İddialıların sırasından asılı olmayaraq, namizədlərin yekun sayı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənəcək.

Ötən kampaniyalarda olduğu kimi, bu dəfə də seçki prosesinin çox şəffaf və qanun çərçivəsində keçəcəyinə şübhə yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv