!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ötən mövsümün ən yaxşı futbolçusu və baş məşqçisi bəlli oldu

!Reklam – Yazi

2022/2023 mövsümünün ən yaxşı futbolçusu bilinib.

Yenicag.az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand layiq görülüb. Qalibin adı Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.
Həmçinin, tədbirdə ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib. İngiltərənin “Mançester Siti” klubunun sükanı arxasındakı Pep Qvardiola bu ada layiq görülüb.

İspaniyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib. O, səsvermədə İtaliyanın “İnter” klubundakı həmkarı Simone İnzaqi və ötən mövsüm “Napoli”ni çalışdıran Luçano Spallettini qabaqlayıb.

Bununla yanaşı, Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze UEFA Prezidenti mükafatını alıb./Oxu.az/

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv