!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ötən sutka 79 yanğına çıxış oldu, 3 nəfər xilas edildi" - FHN

!Reklam – Yazi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 79 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 2 yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 3-ü azyaşlı olmaqla 22 nəfər, o cümlədən yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər xilas edilib, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv