!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən sutka olan yanğına çıxışların SAYI: Xilas edilənlər var

!Reklam – Yazi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Yenicag.az xəbər verir ki, FHN-dən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv