!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ottava və Monrealdakı Azərbaycan icması ilə görüş keçirildi

!Reklam – Yazi

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Kanadaya səfəri çərçivəsində Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.

Bu barədə Yenicag.az-a Komitədən məlumat verilib.

Güney Azərbaycandan olan soydaşlarımızın da qatıldığı tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Ottava və Monreal şəhərlərində geniş məlumatlandırma kampaniyası apardıqlarına və aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması, post-müharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyətinə, Torontoda Azərbaycan Evinin açıldığına diqqəti cəlb edib.

Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub. Tədbirə Diaspor Gənclərinin II və III Yay düşərgələrinin iştirakçıları da qatılıblar.

Qeyd edək ki, Ottava şəhərində “Qarabağ Azərbaycan dili” həftəsonu məktəbi uğurla fəaliyyət göstərir.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv